Dəb
2024-cü ilin yazı üçün ən ahəngdar rəng birləşmələri
Koloristika mürəkkəb bir elmdir. Bir çox insanlar əlvan rənglərdən qaçaraq, daha aydın və sadə obrazlara üstünlük verirlər. Bununla birlikdə, zəngin rənglərdə olan əşyaları qarderobunuza inteqrasiya etmək heç də çətin deyil, xüsusən də hazır nümunələrə həmişə podiumlarda rast gəlmək olar.
Publika.az xəbər verir ki, keçən mövsüm daha rəngarəng geyinməyi təklif edən dizaynerlər indi daha "pastel" çalarlara üstünlük veriblər. Nəticədə, çox əla yaz kombinləri əldə olunub.
Ən sadə seçim bir obrazda eyni rəngli iki çaları birləşdirməkdir: tünd və açıq. Bu yazın dəbli rəngləri arasında "Prada" kolleksiyası xüsusilə önə çıxıb. Dəfilədə zəngin şokedici çəhrayı ilə yumşaq çəhrayı bir obrazda təqdim olundu. Miuccia Prada və Raf Simons minimalist paltarı sadəcə ayaqqabıların köməyi ilə vurğulamağa qərar veriblər. Lakin siz çalarları bərabər nisbətdə birləşdirə bilərsiniz.

"Prabal Gurung" maraqlı qradiyent yaratmaq üçün açıq sarı bluzu yaşıl rəngli yubka ilə uzlaşdırıb. Rənglərin bu stilizisiyası heç bir çətinlik yaratmayacaq.

"Tom Ford"un şousunda podiuma çəhrayı kostyumda çıxan model də çox dəbli görünür. Piter Hokings tünd çəhrayı məxmər kostyumu daha açıq rəngli köynəklə birləşdirib ki, bu da obrazı mükəmməl vurğulayıb. Bu kombinə üçüncü rəng əlavə edə bilərsiniz. Məsələn, "Fendi" kimi. Moda evi narıncı obrazı açıq sarı ilə birləşdirməyi təklif edib və çox maraqlı dəst alınıb.


Rəngləri birləşdirməkdən çəkinməyənlərə tamamilə fərqli çalarların qarışığını sınamağı təklif edirik. Pastel obrazlara parlaq detallar əlavə edin. Bu nümunəni "Bottega Veneta" və "Gucci" kimi brendlər bunu öz timsalında göstərib.


Və ya "Miu Miu" şousunda olduğu kimi, o, bej çalarlarını narıncı alt paltarı ilə uzlaşdırıb. Əlbəttə ki, bu nümunə hamı üçün deyil, həyatda "no pants" (şalvarsız) tendensiyasını tətbiq etmək problemli ola bilər, buna görə də onu qısa şort, yubka və ya şalvarla əvəz edə bilərsiniz. Belə bir dəst yüz faiz "vao" effekti yaradacaq.

Ən cəsarətli modapərəstlərə açıq və tünd rənglərin bərabər nisbətini birləşdirməyi sınamağı məsləhət görürük. Krem sarısı ilə tünd göy, yasəmən ilə portağal, nanə ilə qırmızını birləşdirin. Əgər seçdiyiniz iki rəngin bir-biri ilə ahəngdar göründüyündən əmin deyilsinizsə, bizim seçdiyimiz fotolardan ilham almağa dəyər. Bu nümunələr dəbli obrazın yaradılmasında sizin ən yaxşı bələdçiniz olacaq.

-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi









.jpg)

.jpg)


























