Dəb
Fransız qızlarının məşhur texnikası yenidən DƏBDƏ - FOTO
Boyun ətrafına dolanan şallar fransız qadınlarının xüsusilə yaz aylarında tez-tez istifadə etdikləri "stilistik cihazıdır". Fransız qadınlarının üslubu həmişə istinad kimi qəbul edilib. Bu gün bir çox fəşn bloger və influenserlər ona heyran olmağa davam edir və izləməyə çalışır. Parisli qadınların qarderobunun sadə elementlərdən ibarət olmasına baxmayaraq, onları bir-biri ilə çox ustalıqlarla birləşdirirlər. Ən əsası isə paltarlara mütləq bir neçə aksesuar əlavə edirlər. Saç və ya yaxa broşları, nazik qayışlar, mirvarilər və ya ipək şallar. Məhz bu detallar fransız üslubunu yaratamağa imkan verir.
Publika.az xəbər verir ki, şallar bu mövsüm xüsusilə aktualdır. Nəhayət ki, qalın yun şərfləri ipək şallarla əvəz edə bilərik.
Şal təbii ipəkdən və ya daha çox büdcəli alternativlərdən hazırlana bilər. Əsas odur ki, seçilmiş parçanın parlaqlığı yumşaq və zərif olsun, belə material daha nəcib görünəcək. Üsluba gəldikdə, bu, şəxsi seçiminizdən asılıdır. Minimalist dizaynda sakit rənglər istənilən obraza ahəngdar şəkildə uyğunlaşacaq və öz aktuallığını itirməyəcək. Əgər daha maraqlı variantlar axtarırsınızsa, həndəsi və ya mücərrəd naxışlı şallara nəzər salın. Onlar da ədəbi klassiklər kateqoriyasına düşürlər. Çiçək naxışlı modellər də yaz üçün mükəmməl seçimlərdir. Lakin səliqəli və kiçik çiçək naxışlı aksessuarı seçməyi məsləhət görürük, əks halda "demoda" (dəbdən düşmüş) görünəcək. Başqa bir variant əlbəttə ki, bəbirli şallardır. Bu, şübhəsiz ki, ən darıxdırıcı paltarı belə dəyişdirərək ona dinamik ruh qatacaq.
Fransız qadınları sadəcə bir düyün atmaqla kifayətlənir və bu, onların ən çox istifadə etdiyi texnikadır. İpək şalı boynunuza bant şəklində də bağlaya bilərsiniz. Bu stilistik texnika hazırda populyarlıq zirvəsindədir, odur ki, nəzərə almağa dəyər. Uzun şalları ümumiyyətlə bağlamaq lazım deyil, sadəcə boyun və ya çiyinlərə atılır - belə fransızsayağı yanaşma da paltara xüsusi bir bəzək əlavə edəcək. Bununla belə, şalların yüzlərlə bağlanma texnikası var və sosial şəbəkələrdə onların bağlanma qaydasına dair saysız-hesabsız nümunələr tapa bilərsiniz.
Şalların necə bağlanacağını artıq anladıq. İndi yaz obrazlarına ipək şal əlavə etmək barədə daha ətraflı danışaq. Əsas şərt açıq boyundur. Ofisə gedərkən şalları kostyum jilet, gödəkçə və ya sadəcə klassik köynək ilə birləşdirməyi tövsiyə edirik. Görüşə gedəndə isə şalı romantik bluza və ya çiyin dekolteli bir libas ilə kombin edin. Belə bir şal hər hansı bir boyun aksesuarını mükəmməl əvəz edəcək, lakin sırğalar və bilərzik taxmağı unutmayın.
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO










.jpg)






.png)




















