Dəb
Bu yay nə cür ayaqqabılar dəbdə olacaq? - FOTO
Yayın gəlişinə hələ bir neçə ay qalsa da, artıq havalar isinməyə başlayıb. Bu, həm də toy mərasimlərinin açıq elan olunması deməkdir. Sözsüz ki, bu məqamda əsas ehtiyac zərif ayaqqabılara olacaq. Digər tərəfdən, gün ərzində bədənin bütün yükünü daşıyacaq ayaqqabıların diqqətlə seçilməsi vacibdir. Ayaqqabılar həm də rahat olmalıdır ki, ayaqlarımız yorğunluqdan şişməsin.
Publika.az oxucuları yayın ayaqqabı trendləri ilə tanış edir.
Səndəllər

İsti mövsüm üçün ən zərif seçim səndəllərdir. Təbii ki, dikdabanlı modellər çox cazibədar görünür. Adi stilettolara ideal alternativdir. Ancaq daha rahat bir model də seçə bilərsiniz - tanketka dabanlı. Bəli, onlar gələn mövsüm yenidən dəbə qayıdırlar. Onlarda rahatlığınızı itirmədən vizual olaraq daha uzun görünəcəksiniz. Lazımsız dekorasiyadan qaçmağı məsləhət görürük.
Sabo

Daha qapalı bir seçim sabolardır. Rahatlıq axtarırsınızsa, "Bottega Veneta" kimi, sabit dabanlı modelləri seçin. Qadınlıq və rahatlıq arasında mükəmməl bir uzlaşma təqdim edir. "Kitten-heel" adlanan mikrodabanlı versiyalar da çox zərif görünəcək. Yeri gəlmişkən, onları atlazdan seçə bilərsiniz - bu mövsümün ən dəbli materiallarından biridir. Atlazın çəhrayı, qırmızı və ya yaşıl kimi əlvan rəngləri xüsusilə təsirli görünürlər.
Tufli


Səndəl və saboları o qədər də bəyənmirsinizsə, qapalı və ya "Givenchy" kimi barmağı bir az açıq olan ayaqqabıları seçin. Bunlar klassik stilettolardan daha maraqlı görünür və sərin havalar üçün əladır. Onlar alçaq, qalın və ya hündürdabanlı ola bilər. Belə modellər Metyu Uilliamsın təklif etdiyi kimi kapron corablarla xüsusilə estetik görünür. Bu moda hiyləsi 2024-cü ildə dəbdədir.
Vyetnamka

Flip-floplar və ya doğma dilimizdə deyildiyi kimi, şəp-şəplər açıq ayaqqabıların ən dəbli modeli olaraq qalır. Üstəlik, indi onları nəinki çimərlikdə, həm şəhərdə, həm də mühüm tədbirlərə də geyinmək olar. Kann Film Festivalında "Dior"un sadə qara şəp-şəplərində görünən Cennifer Laurens bununla yeni tendensiyanın əsasını qoydu. Dizaynerlər də bu ayaqqabılara böyük tələbat olduğunu hiss etdilər və kiçik dabanlı modelləri təqdim etdilər. Güllü sarafanları mükəmməl tamamlayır.
Rahat səndəllər

Siyahımızı rahat səndəllərlə tamamlayırıq. T-formalı səndəllər həmişəkindən daha çox işinizə yarayacaq. Düz altlığı olan modelləri seçin. Bunlar qarderobunuz üçün uzunmüddətli investisiya olacaq. Bunun bariz nümunəsi "Miu Miu" şousunda tapılıb. Miuççia Prada T-formalı zərif bir versiya təqdim edib. Balıqçı səndəlləri də çox əlverişlidir. "Kobud" görünüşünə baxmayaraq, həm cins şalvar, həm də libaslarla yaxşı birləşirlər. Beləliklə, bu ayaqqabılar obrazınızın maksimum dəbli görünəcəyinə zəmanət verir.
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq









.jpg)

.jpg)









.jpg)



.jpg)


.jpg)








