Fransız xanımları bu bahar hansı dəbi diktə edir? - FOTO
Bizi izləyin

Dəb

Fransız xanımları bu bahar hansı dəbi diktə edir? - FOTO

Fransız qadınları özlərinə xas dəb qanunlarına sadiq qalmağı və ondan kənara çıxmamağı sevirlər. Geyimlərini adətən sakit çalarlarda seçir və ona cəlbedici aksessuarlarla rəng qatmağa üstünlük verirlər

Publika.az oxucuları fransız gözəllərinin bahar trendləri ilə tanış edir:

Qısa ətəklər

Fransız qadınları həmişə qısa paltar və ətəklərin pərəstişkarı olublar. Hətta son bir neçə mövsümdür moda arenasında maksi uzunluğu hökm sürsə də, parislilər "minilərini" ona dəyişmədilər. Qısa ətək və donlar bu ilin yazında yenidən trenddir. Fransız qadınları adətən sadə kəsimli və bəzək-düzəksiz modelləri seçir və onları sviter, trikotaj və ya klassik köynəklərlə birləşdirirlər.

Cins

@elodieromy

2024-cü ilin başqa bir tendensiyası cins geyimlərdir. Podiumlarda təqdim olunan enli balaq cins şalvarlar və cins köynəkləri fransız qadınlar ən zərif formada geyinirlər. Bu zaman rənglərin uyğunluğuna diqqət etmək önəmlidir. Boyuna bağlanmış şal və itiburunlu dikdaban isə obrazın tamamlayıcıları olacaq.

Rəngli aksessuarlar

Fransız qadınları ustalıqla ən sadə geyimləri adətən rəngarəng aksesuarların köməyi ilə möhtəşəm obraza çevirirlər. Şallar, papaqlar, çantalar, kəmərlər, ümumiyyətlə, qarderobda hər şey ən dəbli çalarlarda olacaq. Xoşbəxtlikdən, bu mövsüm seçim kifayət qədər böyükdür: zümrüd, kobalt və şərab tonları ən populyar rənglər arasındadır. Zövqünüzə uyğun hər hansı birini seçin.

Qəhvə çalarları

Parlaq rənglər ruhunuzu oxşamırsa, aktuallığını hələ qoruyan qəhvəyi çalarlara diqqət yetirin. Fransız qadınları bir palitranın bir neçə çalarını bir obrazda birləşdirməyi sevirlər. Belə bir obraz lakonik olacaq, lakin heç də darıxdırıcı deyil. Hər gün üçün ideal seçim.

Ətəklərdə A kəsimi

Son bir-iki ildə yerini bir qədər itirmiş A kəsim ətəklər bu mövsüm yenidən trend siyahısına qayıtsa da, bu üslub fransız qadınlarının qarderoblarını heç vaxt tərk etmədi. Formasını saxlayan sıx parçadan hazırlanmış midi ətəkləri müxtəlif üslublarda geyinə bilərsiniz. Xüsusilə baletka ayaqqabılar, uzunboğazlı çəkmələr və kaşmir sviter ilə mükəmməl uyğunlaşır.

Bel dekoltesi

Fransız qadınları cazibədar stillər yaratmağı sevirlər, buna görə də 2024-cü ildə onların seçimi arxası açıq köynək və donlar üzərində olacaq. Trikotaj paltarlar, jiletlər, hətta sviterlər - fərq etməz, əhəmiyyətli olan yeganə detal arxada kəsimin olmasıdır. Dekolte həddini aşmamaq üçün onlar alt hissəni mümkün qədər qapalı seçirlər, onu enli balaqlı cins şalvar və ya yundan hazırlanmış klassik şalvarlarla birləşdirməyə dəyər.

Maskulen tərz

Trendlər siyahısında maskulen elementlər də nəzərə çarpır. Ancaq onlarda belə fransız qadınları həmişə son dərəcə incə görünürlər. Onlar yarımşəffaf sürüşkən ətəyi "kişi" köynəyi ilə tamamlayırlar. Və biz yalnız onlardan nümunə götürə bilərik...

Boş şalvarlar

@juliesfi

Bununla belə, qəşəng görünmək üçün boş şalvarları hündürdaban ayaqqabılarla birləşdirmək qətiyyən lazım deyil. Bir çox fransız qadın rahatlığa güvənir və altı düz ayaqqabı modelləri seçir. Lakin bir nüans var: burnu kəskin olmalıdır. Belə ayaqqabılar silueti vizual olaraq uzadacaq və dəsti daha zərif edəcək. Loafer və ya baletkalar mükəmməl seçimdir. Bəbir və ya ilan naxışlı variantlar indi xüsusilə populyardır, buna görə də onlara diqqət yetirməyi unutmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm