Dəb
İlin ən yırtıcı trendi yenidən dəbdə - FOTO
Tufli-stilettolar sonsuz klassikadır. Onlar uzun müddətdir ki, ağ idman ayaqqabıları ilə birlikdə qarderobun əsas elementləri siyahısına daxil edilib. Bəzi xanımlar hətta onları idman geyimləri və ya karqo şalvarları ilə birləşdirirlər. İşgüzar üslubun isə sadəcə əvəzolunmazıdır. İndi stilettoların yalnız qara modeli deyil, alqırmızı, qəhvəyi, metal effektli və ya heyvan naxışlı versiyaları dəbdədir. Heyvan naxışları bu mövsüm əsl moda dirçəlişini yaşayır, xüsusən də bəbir motivi.
Publika.az xəbər verir ki, bəbir naxışlı tuflilər mösvümün ən yırtıcı trendidir.
Bəbir motivləri əvvəllər ən mübahisəli naxışlardan biri hesab olunurdu. Bu, onun ətrafda vəhşi assosiasiyalar oyatması ilə birbaşa bağlıdır, desək, yəqin ki, yanılmarıq. Uzun müddət çoxları onun vulqar və həddən artıq dinamik olduğunu düşünürdü, xoşbəxtlikdən dizaynerlər bütün bu önyarğıları aşdılar və biz bəbir naxışlı geyimləri yenidən podiumda görməyə başladıq. Heyvan naxışlarından ehtiyat edirsinizsə, bəbirli ayaqqabılar məhz sizin üçündür.
Belə ayaqqabı seçərkən, ilk növbədə, hisslərinizə diqqət yetirin - onlarda rahat olmalısınız. Bunlar təxminən yeddi santimetr dabanlı və itiburunlu ayaqqabılar ola bilər, lakin indi markalar ən müxtəlif modellər təklif edir. Odur ki, siz bəbir naxışını baletka və şəp-şəplərdə də görə bilərsiniz. Bəbir naxışlı hər hansı ayaqqabı almağa qərar vermisinizsə və "bahalı" görünməsini istəyirsinizsə, bəzəksiz və sadə variantları seçin.
Qarderobumuza "vəhşi" tuflini necə inteqrasiya etmək olar?
Ən sadə düstur ciddi, klassik və ya rəsmi geyimlərlə birləşməsidir. Məsələn, sadə qara paltar və ya rahat cins ilə onlar zərif görünəcəklər. Risk etməyə hazırsınızsa, bəbir naxışlı paltonu eyni ayaqqabılarla uyğunlaşdırın.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































