Dəb
Dəbdə inqilab - Mariya Antuanetta üslubu geri dönür
Stilist Vlad Lisovets öz saytında dəbə qayıdacaq yeni trendləri açıqlayıb.
Publika.az xəbər verir ki, ekspert 2026-cı ildə qabarıq ətəklərə, vintaj üslublu korsetlərə və peplumlu geyimlərə diqqət yetirməyi tövsiyə edib.
Lisovetsin fikrincə, bu üslub sanki Cülyetta və ya Mariya Antuanetta dövrünü xatırladır. O, bunun sadəcə bəzi romantik geyim detalları olmadığını, makiyajdan aksesuara qədər hər şeyin ən xırda detalına qədər düşünülmüş tam bir tarixi obraz olacağını bildirib.
Daha əvvəl stilist qış fəslinin ən populyar saç düzümlərindən danışarkən saçlara yüngüllük və dağınıq görkəm verməyi məsləhət görmüşdü.
O, həmçinin süni kirpiklərin, çəkilmiş qaşların və dolğulu dodaqların qadınların görünüşünü bəsitləşdirdiyini qeyd etmişdi.
Lisovetsin tövsiyələri arasında qaşın ucunda gəzdirilən eynəklərdən, daş-qaşlı saatlardan və dar cins gödəkçələrdən imtina etmək də var. O, təbiiliyi qorumağın və müasir trendləri keçmişin zərifliyi ilə birləşdirməyin vacibliyini vurğulayıb.
Hüseyn İbadlı
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət















.jpg)


.jpg)



















