• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

"Yaxşı geyinən qadını soyundurmaq baha başa gəlir" FOTOLAR

  • Dəb
  • 27 Sentyabr 2016 22:10
  • 5 744 Baxış
"Yaxşı geyinən qadını soyundurmaq baha başa gəlir"

Öz həyatlarını moda ilə bağlayanların dilindən çıxan hər bir söz hikmətli kəlama çevrilir. Əslində moda haqqında bu qədər düşünəndə və həyatın bütünlüklə modaya bağlı olanda maraqlı fikirlər öz-özündən yaranır. Buraya heç nə əlavə etmək, artırmaq və ya çıxartmaq lazım olmur...

Publika.az dahi modelyerlərin və yazarların bir qadını başdan yaradacaq gücə malik olan moda haqqında dedikləri ibrətamiz kəlamlarını oxucuların ixtiyarına verir...

Əvəzolunmaz olmaq üçün dəyişməlisən. Koko Şanel

Moda qadınları yalnız gözəl etmir, moda həm də onlara özünə əminlik bəxş edir. İv Sen-Loran

Siz nə vaxtsa dizaynerlərin öz problemlərindən şikayət etdiyini eşitsəniz, onlara “Çox baş sındırmayın, bu yalnız paltarlardır” deyin. Karl Lagerfeld

Moda etiketlər və brendlərdən ibarət deyil. Moda daxilində baş verən daha ülvi hisslərdir. Ralf Loren

Biz heç vaxt zərifliyi yekəxanalıq və kobudluqla qarışdırmamalıyıq. İv Sen-Loran

Qızlar oğlanlar üçün geyinmirlər. Əgər qızlar oğlanlar üçün geyinsəydilər, onda qızlar hər zaman çılpaq gəzərdilər. Betsi Conson

Qadın paltarı tikanlı məftilə bənzəməlidir: mənzərəni pozmayaraq öz işini görməlidir. Sofi Loren

Üslub mürəkkəb şeylər haqqında danışmaq üçün ən sadə üsuldur. Jan Kokto

Mən moda ilə məşğul olmuram. Mən özüm modayam. Koko Şanel

Dəbi dizaynerlər ildə dörd dəfə podiumda təmsil edirlər. Üslubu isə siz özünüz seçirsiniz. Loner Xatton

Mənim kişilərin dünyasında qadın olmaq xoşuma gəlir. Nəticə etibarı ilə kişi qadın paltarlarını daşıya bilməz, biz isə şalvar geyinə bilirik. Uitni Hyuston

Hər zaman elə gəzin ki, guya sizin arxanızca üç kişi düşüb. Oskar de la Renta

Ətir qadın haqqında onun dəst-xəttindən daha çox danışa bilər. Kristian Dior

Hər hansı bir qıza gözəl ayaqqabı verin, o, bu ayaqqabılarla dünyanı fəth edə bilər. Merilin Monro

Heç kimə bənzəmədən unikal olmaq çox çətindir. Ledi Qaqa

Üslub - sizin kim olduğunuz haqqında heç bir söz demədən məlumat verməyin yeganə üsuludur. Reyçel Zoui

Mən paltar modelləri hazırlamıram. Mən xəyallar qururam. Ralf Loren

Dikdaban ayaqqabı olmadan mən fikrimi heç cürə cəmləşdirə bilmirəm. Viktoriya Bekhem

Əgər tərəddüd edirsinzisə, o halda qırmızı geyinin. Qırmızı sizin özünüzə olan inamınızı artıracaq. Bill Blass

Heç nə qadını özünə olan güvəni qədər cazibədar göstərə bilməz. Sofi Loren

Mənim işim özündə dəbdəbəni və rahatlığı, əlverişliliyi və arzu ediləni birləşdirir.

Əgər öz rəqibindən daha yaxşı ola bilmirsənsə, heç olmasa, daha yaxşı geyin. Anna Vintur

Heç nə qadını həddindən artıq bahalı geyim qədər yaşlı göstərmir. Koko Şanel

Paltar qadın haqqında ön sözdür, hərdən isə əsl kitabdır. Sebastiyan-Roş Nikolay de Şamfor

İnsanı geyim bəzəyir. Çılpaq insan cəmiyyətdə çox az təsir buraxa bilər, hətta dərin heç bir hiss oyada bilməz. Mark Tven

Moda - bu, o qədər şiddətli rüsvayçılıqdır ki, biz onu hər yarım ildən bir dəyişmək məcburiyyətində qalırıq. Oskar Uayld

Hər nəsil köhnə dəbə gülərək yeni dəb tendensiyalarına əməl edir. Henri Devid Toro

Dəb - üzərində daima işləmək məcburiyyətində olduğumuz əzələ kimidir.

Yaxşı bağlanmış qalstuk həyata atılan ilk ciddi addımdır. Oskar Uayld

İnsanın üslubu onun qəlbinin səsidir. Ralf Emerson Uoldo

Mən həmişə bəyaz qısaqol köynəyi modanın əlifbası hesab etmişəm. Corcio Armani

Dəb xoşbəxtlik bəxş edir. Bu sevincdir, terapiya deyil. Donatella Versaçe

Əgər bir kişi paltarı qadının əynindən çıxarıb atmaq və soyundurmaq istəmirsə, o paltarın heç bir mənası yoxdur. Fransuaza Saqan

Az al, ən yaxşını seç və bütün bunları özün müstəqil et. Vivyen Vestvud

Moda diktatorları da bəzən səhv edirlər, amma onlara hər il həvəslə pul ödəyən milyonlarla qadın həmişə tapılacaq. Barbara Streyzand

Zahiri çirkin olan insana dözmək mümkündür, lakin zövqsüz geyinənə əsla! Koko Şanel

Dikdaban ayaqqabılar qadını hətta paltarda çılpaq göstərə bilmək üçün düzəldilir. Kristian Labuten

Qadınlar başqaları kimi geyinmək istəyir, lakin onlar kimi geyindiyini görəndə kədərlənir. Leşek Kumor

Moda idarə olunmayan epidemiyadır. Corc Bernard Şou

Əgər siz öz zövqünüz barədə şübhə edirsinizsə, deməli, o siz də var. Hyu Oden Uisten

Qadın modası həmişə ən bahalı qablaşdırma üsulu olub. Ambroz Birs

Moda insanlara böyük pullar hesabına balaca sevinclər gətirən yollardan biridir. Georgi Kovalçuk

Bahalı və dəbdəbəli paltarlar geyin və sənin qarşında bütün qapıları açacaq. Fuller

Gözəl geyinmiş bütün qadınlar təhlükəlidir. Buna görə də mən hər dəfə gözəl geyinmiş qadın görəndə ucadan qışqırmaq istəyirəm. L.N.Tolstoy

Qadın üçün səmimi olmaq – hər kəsin önündə paltarsız görünmək kimi bir şeydir. Stendal

Qadınlar modaya ona görə bağlıdırlar ki, yeni dəb həm də gənclik deməkdir. Madlen de Skyudeperi

Qadının üzərində nə qədər az geyim olarsa, onu soyundurmaq istəyənlər bir o qədər çoxdur. A.Davidoviç

Qadın nə qədər yaxşı geyinibsə, onu soyundurmaq bir o qədər baha başa gəlir. A.Davidoviç

Kosmetika elə bir vasitədir ki, gənc qızı qoca, yaşlı xanımı isə gənc göstərmək qabiliyyətinə malikdir. K.Melixan

Moda nümayişində qadınlar paltarlara, kişilər isə modellərə baxırlar. K.Melixan

Qadın paltarının yarığı nə qədər dərin olsa, o qədər yaxşı qaçar. Lakin bu zaman kişi də onun dalınca qaçmaq istəyir. Həm də yarığı dərin olan paltarlarda qadınlar rahat nəfəs alırlar, kişilərə isə onlara baxanda nəfəs almaq çətinləşir.

Moda heç kəsin geyinmədiyini geyinən zaman yaranır. K.Melixan

Zövqlə geyinin, iştaha ilə soyunun. V. Georgiyev

Moda başqalarına oxşamaq ehtirasını nümayiş etdirməkdir. Q.Malkin

Eybəcər ayaqları olan qadını ancaq dərin sinə dekoltesi xilas edə bilər. Pşekruy

Ata öz qızına 18 yaşı tamam olanda dikdaban ayaqqabı alacağını və dodaqlarını rəngləməyi söz verdi. Qızın 18 yaşı tamam oldu, lakin ikisi də dəbdən düşdü. Pşekruy

Əgər dikdaban geyinəndə sevgilin boyca səndən balaca görünürsə, onu başqası ilə əvəz et. Dikdaban ayaqqabılardan imtina etməyəcəksən ki?! Pşekruy

Qadın ərinin ona laqeyd olduğunu hiss edən kimi zövqsüz və qışqıran geyimlər geyinməyə başlayır. Yaxud da onun qəşəng şlyapalarına pul ödəyən yad kişi peyda olur. Oskar Uayld

Ötən axşam onun üzündə çoxlu ənlik və çox az geyim vardı. Bu, qadınlar üçün ilk ümidsizlik əlamətidir. Oskar Uayld

Bütün amerikalılar çox gözəl geyinirlər. Onlar öz libaslarını Parisdən sifariş verirlər. Oskar Uayld

Moda elə bir ilahi qəddarlıqdır ki, hətta analar ona görə öz uşaqlarını qurban verirlər. P. Buast

Qadının dəblə ayaqlaşmasına mane olmayın. Çünki bu, onun tabe olduğu yeganə mövhumdur. A.Qinon

Modaya nifrət etmək, ona çox ciddi-cəhdlə əməl etmək qədər axmaqlıqdır. J.Labryuyer

Qadınlar öz çantaları ilə birlikdə kimliyini gəzdirirlər, kişilər isə əliboş gəzirlər. L. de Vilmoren

Geyim gözəlliyin əsas silahıdır. Hansı ki, ilk baxışdan öz rəqibini məğlub edə bilər. J.P.Rixter

Uzun müddət eyni paltarda gəzmək orqanizm üçün təhlükəlidir. Yanina İpoxorskaya

Əgər qadın çox çəkici geyinirsə, bunun günahı kişidədir. Çünki kişilərin gözləri, ağlından daha çox inkişaf edib. Doris Dey

Kişilər həyatında ciddi addım atanda ilk olaraq düşünür ki, “Nə deyəcəyəm?”, qadınlar isə “Nə geyinəcəyəm?” deyə düşünür. Madlen de Pyuize

Geyimlər doğulandan etibarən təvazökarlıq da öldü. Mark Tven

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR