2030-cu ildə dünyanın ƏN GÜCLÜ orduları - SİYAHI
Bizi izləyin

Digər

2030-cu ildə dünyanın ƏN GÜCLÜ orduları - SİYAHI

ABŞ, Rusiya, Fransa, Hindistan və Çin 2030-cu ildə dünyanın ən güclü ordularına malik olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Amerika hərbi eksperti Robert Farli bildirib.

Farlinin sözlərinə görə, 12 il sonra Amerika ordusu əvvəlki kimi dünyanın “qızıl standartı” olaraq qalacaq. O qeyd edib ki, Pentaqon “soyuq müharibə”nin sonlarından döyüş əməliyyatlarının əhəmiyyətli təcrübəsini toplayıb, amerikalılar böyük hərbi büdcəyə və dünyanın ən böyük pilotsuz uçuş aparatları parkına malikdir. Hərbi ekspertin sözlərinə görə, pilotsuz uçuş aparatları parkı dəqiq kəşfiyyat məlumatları toplamağa və nöqtəvi zərbələr endirməyə imkan verir.

Öz növbəsində, ekspert qeyd edir ki, Rusiya ordusu SSRİ-in dağılmasından sonra ağır dövrü yaşayıb, ancaq lazımı maliyyələşmə nəticəsində Rusiya ordusu, xüsusən onun elit bölmələri “oyanıb”.

“Rusiya ordusu 2030-cu ildə öldürücü güc olaraq qalacaq. Amma, bununla belə, ciddi problemlərə malik olacaq. Texnologiyalara giriş gələcəkdə ciddi problemlər yarada bilər”, - o hesab edir.

Farlinin fikrincə, Avropada güclü quru gücləri yalnız Fransada qalacaq.

Ekspert bildirir ki, Hindistan hələ ki, hərbi texnologiyalar baxımından rəqiblərdən geri qalır, amma ABŞ, Rusiya və Avropadan onları əldə etmək üçün xəsislik etmir.

“Buna görə də Hindistan texnologiyaların bütün müasir nümunələrinə girişə malikdir”, - o yazıb.

Onun sözlərinə görə, Çin ordusu güclüdür, amma onun döyüş təcrübəsinə çatmır. Ekspert qeyd edir ki, bununla belə, Çinin hərbi komandanlığı praktik olaraq qeyri-məhdud canlı gücə girişə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm