İraqda 2 yaşayış məntəqəsi PKK-dan azad edildi
Bizi izləyin

Digər

İraqda 2 yaşayış məntəqəsi PKK-dan azad edildi

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında iki yaşayış məntəqəsini PKK terrorçularından azad edib.

Qoşunların həyata keçirdiyi əməliyyat nəticəsində Hakkari vilayəti ilə sərhəddə yerləşən Karukr və Kani Raş kəndləri azad edilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri martın 11-dən bölgədə əməliyyatlara başlayıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm