Şimali Koreya nüvə silahı əldə etsə... – QORXUNC PROQNOZ
Bizi izləyin

Digər

Şimali Koreya nüvə silahı əldə etsə... – QORXUNC PROQNOZ

Moskva və Pekin Birləşmiş Ştatların milli strategiyasında Vaşinqtonun əsas rəqibləri adlandırılmasına baxmayaraq, nüvə silahının yayılmaması üçün Rusiya, Çin və ABŞ-ın əməkdaşlığı əhəmiyyətlidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) etdiyi mühazirədə ABŞ-ın Hadson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Uayts bildirib.

“Düşünürəm ki, Çin, Rusiya və ABŞ-ın münasibətləri nüvə silahının yayılmaması üçün əhəmiyyətlidir. İndi ABŞ-ın milli təhlükəsizlik strategiyasında Rusiya və Çin əsas rəqiblər adlandırılıb. Amma biz əməkdaşlığın mümkün olduğu sahələrdə əməkdaşlıqdan qaçmamalıyıq. Bunlardan biri də nüvə silahının yayılmaması üzrə əməkdaşlıqdır”, - o deyib.

Ekspert güman edir ki, İran və Koreya Xalq Demokratik Respublikasında nüvə silahının hazırlanması üzrə proqramlar bütün ölkələr üçün ciddi çağırışdır. Uayts güman edir ki, bu problemlərin həll “daha işıqlı gələcək” üçün imkan yaradacaq.

O həmçinin hesab edir ki, Koreya Xalq Demokratik Respublikası nüvə silahını əldə etsə, onda bir çox ölkə bu silaha sahib olmaq barədə qərar verə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm