• USD 1,7000 0,00% EUR 1,8927 +0,29%
    • GBP 2,1046 +0,30% RUB 0,0242 0,00%

“Mehmetcik”lə bir neçə kilometr... - ABŞ-dan müharibə elanına bərabər HƏMLƏ

  • Digər
  • 3 Aprel 2018 14:45
  • 3 121 Baxış
“Mehmetcik”lə bir neçə kilometr... - ABŞ-dan müharibə elanına bərabər HƏMLƏ

ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım yaxınlaşdırır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Donald Tramp tərəfindən “yaxın vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına baxmayaraq, ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç mahalında daha iki baza qurur.

Agentliyin Münbiçdəki etibarlı mənbələrdən aldığı məlumatlara görə, ABŞ mahalın cənub-şərqində yerləşən Dadat kəndindəki müşahidə məntəqəsini genişləndirərək oranı bazaya çevirir. Bura Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun nəzarətində olan Cerablus mahalı ilə Münbiç arasındakı sərhət xəttini təşkil edən Sacu çayının 8 kilometrliyində yerləşir.

Digər baza isə sərhəd xəttindən 4 kilometr aralıda qurulur. Bura tikintisi başa çatdırıldıqdan sonra Azad Suriya Ordusu və Türkiyə hərbçilərinə ən yaxın məsafədə yerləşən ABŞ bazası olacaq.

Daha əvvəl isə bölgəyə təxminən 300 ABŞ əsgəri və zirehli texnikanın olduğu hərbi kolonun gəldiyi barədə xəbər yayılıb.

Qeyd edək ki, Hələb vilayətinə bağlı Münbiç mahalı 2016-cı ilin avqustundan YPG/PKK terror təşkilatının işgalı altındadır.

İŞİD-lə mübarizə adı altında YPG/PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ Münbiçin təmizlənməsindən sonra mahala nəzarətin oranın əhalisinə veriləcəyinə söz vermişdi. Lakin, Türkiyənin bütün tələblərinə baxmayaraq, ABŞ terror təşkilatını Münbiçdən çıxarmağa həvəsli görünmür.

Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnal verilib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib.

“Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”, - prezident əməliyyatın qaçılmaz olduğu mesajını verib.

Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun “anlayış” içində olduğunu söyləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın “Finansial Tayms” nəşri ABŞ-ın Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, - “Financial Times” mümkün müharibəni proqnozlaşdırıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR