G-20-nin növbəti sammiti Osakada keçiriləcək
Bizi izləyin

Digər

G-20-nin növbəti sammiti Osakada keçiriləcək

Yaponiya hökuməti Osakada “Böyük iyirmilik” ölkələrinin növbəti sammitinin tarixini və bu sammitlə əlaqədar nazirlər səviyyəsində görüşlərin yerlərini dəqiqləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib. Y.Suqa elan edib ki, G-20-nin iki günlük sammiti Osakada gələn il iyunun 28-də başlayacaq. Bu, G-20 ölkələri dövlət başçılarının Yaponiyada keçirilən ilk yüksək səviyyəli sammiti olacaq.

Bununla yanaşı, hökumət G-20-nin nazirlər səviyyəsində görüşlərini qəbul edəcək 8 bələdiyyəni də müəyyən edib.

Şimaldan cənub-qərbə doğru başlayaraq Hokkaydoda yerləşən Kutçan şəhəri turizm nazirlərinin görüş yeri olacaq. İbaraki prefekturasındakı Tsukuba şəhəri ticarət və rəqəmsal iqtisadiyyat nazirlərini, Niiqata kənd təsərrüfatı nazirlərini, Naqano prefekturasının Karuizava şəhəri ətraf mühit nazirlərini qəbul edəcək. Xarici işlər nazirlərinin Aiçidə, səhiyyə nazirlərinin Okayamada, əmək və məşğulluq nazirlərinin Matsuyamada, maliyyə və bank nazirlərinin isə Fukuokada bir araya gələcəkləri bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm