Vitse-prezidentə SUİ-QƏSD CƏHDİ - Ölənlərin sayı artdı - - VİDEO/FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Vitse-prezidentə SUİ-QƏSD CƏHDİ - Ölənlərin sayı artdı - - VİDEO/FOTO (YENİLƏNDİ)

Əfqanıstanın paytaxtı Kabilin Həmid Kərzayi adına beynəlxalq hava limanında baş verən partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb.

Ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. "Tolo News" telekanalının məlumatına görə, partlayış zamanı Əfqanıstan hökumətinin üzvlərindən heç kim xəsarət almayıb.

Daha əvvəl hadisə zamanı 10 nəfərin həlak olduğu, 14 nəfərin yaralandığı bildirilirdi.

***

Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq aeroportun yaxınlıqda terror aktı törədilib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danişin sözlərinə görə, terror aktı nəticəsində ən azı 10 nəfər həlak olub.

“Biz təsdiq edə bilərik ki, kamikadzenin özünün partlatması nəticəsində 10 nəfər həlak oldu”, - o deyib.

Terror aktının hədəfi Əfqanıstana qayıtmış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostumun olduğu avtomobil korteji olub. Dostum Əfqanıstana Ankaradan çarter reysi ilə qayıdıb. O, 2017-ci ilin mayından Türkiyədə sürgündə yaşayırdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm