Jurnalisti evinin önündə güllələdilər
Bizi izləyin

Digər

Jurnalisti evinin önündə güllələdilər

Meksikada jurnalist qətlə yetirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çayaps ştatında baş verib. Motosikletlə "Heraldo de Chiapas" nəşrinin əməkdaşı Mario Qomesin evinin yaxınlığına gələn iki naməlum şəxs küçəyə çıxan jurnalisti güllələyiblər.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb. Mario Qomes daha əvvəl prokurorluğa həyatı üçün təhlükənin olmasından şikayət edib.

Hadisə ilə bağlı prokurorluqda təhqiqat başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm