Prezidentə qarşı sui-qəsd, mühafizəçilər yaralandı - Haitidə
Bizi izləyin

Digər

Prezidentə qarşı sui-qəsd, mühafizəçilər yaralandı - Haitidə

Haiti prezidenti Jovenel Moiz naməlum şəxslər tərəfindən sui-qəsdə məruz qalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölkə başçısının xəsarət almadığı bildirilir.

Sui-qəsd planı Pon-Ruj şəhərində keçirilən tədbir zamanı işə salınıb. Naməlum şəxslər atəş açsa da, mühafizəçilər prezidenti təhlükəsiz yerə apara bilib.

Prezidentin iki mühafizəçisi yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm