Cənubi Qafqaz
Bakı-İrəvan danışıqları Qazaxıstanda baş tutacaq?
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Qazaxıstanda mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O, vurğulayıb ki, İrəvan Cənubi Qafqazda sabit sülhün bərqərar olmasına yönəlmiş bütün vasitəçilik səylərini və ya danışıqlar platformalarını dəstəkləyir. Bu səylər 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarına əməl edən sərhədlərin delimitasiyası və tanınması prosesləri də daxil olmaqla, əsas prinsiplərə və razılaşdırılmış sənədlərə əsaslanır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qazaxıstan iki ölkənin xarici işlər nazirləri arasında danışıqların öz ərazisində aparılmasını təklif edib və bununla bağlı Bakı artıq razılaşıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. O, həmçinin danışıqlar üçün platforma təqdim etməyə və bu prosesdə vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirib.
-
Rəsmi xronika15:31İlham Əliyev sərəncam imzaladı
-
İdman14:18DÇ-2026-dakı qardaşlar: Düz yeddi cütdürlər - FOTOLAR
-
Rəsmi xronika13:20Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var
-
Sosial11:12Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
-
Dünya11:00Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO























.jpg)















