Təyyarədə TƏCAVÜZ - Bütün ölkə bundan DANIŞIR
Bizi izləyin

Digər

Təyyarədə TƏCAVÜZ - Bütün ölkə bundan DANIŞIR

Feniksdən Nyu-Yorka getmək üçün təyyarəyə minən qadın təcavüzə məruz qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bütün Amerika bu təcavüzdən danışır.

32 yaşında Aubrey Lane bildirib ki, 2017-ci ildə iyun ayında mindiyi təyyarədə başına iyrənc hadisə gəlib.

Qadın onu təqib edən sərxoş bir kişinin tualetdə ona təcavüz etdiyini bildirib. Hadisə barədə məlumat verdiyi hava yolları əməkdaşlarının heç nə etmədiyini deyib.

Lane təyyarədən enən kimi xəstəxanaya getdiyini, ancaq ona təcavüz edən şəxsin saxlanılmadığını bildirib. Bu görə də hava yolları şirkətindən məhkəməyə şikayət edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm