Tədbirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 12 nəfər öldü
Bizi izləyin

Digər

Tədbirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 12 nəfər öldü

Hindistanın Kərnatəkə ştatında qidadan zəhərlənmə nəticəsində aralarında 15 yaşlı qız olmaqla 12 nəfər ölüb, 80 nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bir məbədin ərazisində qüllənin inşa olunmasına həsr edilən tədbirdə verilən ziyafətdə vegetarian plovu yedikdən sonra baş verib. İnsanlardan başqa, həmin plovdan yeyən 60 quşun da cəsədi aşkarlanıb.

Faciə ilə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm