“Sarı jiletlilər” bu dəfə Livanda peyda oldu
Bizi izləyin

Digər

“Sarı jiletlilər” bu dəfə Livanda peyda oldu

Livanın paytaxtı Beyrut şəhərində mindən artıq insan etiraz aksiyasına toplaşıb.

Axar.az xəbər verir ki, etirazçılar arasında “sarı jiletlilər”in də olduğu müşahidə olunub.

“Əş-Şühəda” meydanına toplaşan etirazçılar sosial, iqtisadi və tibb sahəsində islahatlar aparılması, benzinin qiymətinin aşağı salınması və əmək haqlarının qaldırılması tələbləri ilə çıxış ediblər.

Qeyd edək ki, aksiyalar dinc xarakter daşıyıb və aksiyaçılar siyasi şüarlar səsləndirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm