Gecə klubunda KRİMİNAL QARŞIDURMA: qumbara partladıldı
Bizi izləyin

Digər

Gecə klubunda KRİMİNAL QARŞIDURMA: qumbara partladıldı

Kolumbiyada bayram mərasimində qumbara partladılıb.

Publika.az xəbər verir ki, hadisə El-Baqr şəhərindəki barlardan birində baş verib. Məlumata görə, qumbara çoxlu sayda gəncin bara toplanması zamanı partladılıb. Hadisə nəticəsində azı 29 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisə şəhərin kriminal qruplaşmalarının qarşıdurması ilə əlaqədar ola bilər. Hadisənin digər təfərrüatları açıqlanmır.

Daha əvvəl Kolumbiyanın cənub-qərbində yerləşən Putumayo departamentində neft kəmərinin bir hissəsi naməlum şəxslər tərəfindən partladılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm