Çindən müsəlmanlara qarşı gözlənilməz addım - Məscidlərdə...
Bizi izləyin

Digər

Çindən müsəlmanlara qarşı gözlənilməz addım - Məscidlərdə...

Çinin nəzarətindəki Çin İslam Cəmiyyəti ölkəyə yeni əqidə gətirir.

Publika.az xəbər verir ki, cəmiyyət ölkədə yaşayan müsəlmanlara “Çin İslamı” qavrayışını təlqin etməklə “sosialist dəyərlər” təhsili verəcəyini bildirib.

Cəmiyyətdən verilən açıqlamaya görə, paytaxt Pekində təşkil edilən toplantıya Şanxay şəhəri ilə yanaşı, Hunan, Quanqdonq və Yünnan əyalətləri ilə Daxili Moğol Muxtar Vilayətindəki müsəlman toplumu təmsilçiləri qatılıb.

“İslamın çinləşməsi üçün 5 illik plan 2018-2022” adlı seminarda müsəlmanlara Çin Kommunist Partiyasının İslama dair yeniliklərini tətbiq etmələri, İslamın çinləşməsinə sadiq qalmaları, Çin İslamı və Çin tipli sosializmi təbliğ etmələri çağırışı olunub.

Cəmiyyətin sədri Yanq Faminq sosialist dəyərlər üzərinə dərslər və təlimlərin keçirilməsi üçün lazımi tədbirlərin görülməsi və ənənəvi Çin mədəniyyətinin məscidlərdəki tədbirlərdə istifadə olunmasının vacib olduğunu deyib.

Digər tərəfdən Çin İslam Universitetinin köməkçi dekanı Qao Canfu da Çinin rəsmi yayım orqanlarından olan “Qlobal Tayms” qəzetinə verdiyi açıqlamada “İslamın çinləşdirilməsi” prosesində İslamda heç bir dəyişikliyin olmayacağını deyib. Lakin İslamın sosialist dəyərlərlə uyğunlaşdırılması məsələsi bir çox sualları ortaya qoyub.

Qeyd edək ki, Yünnan əyalətinin Veyşan bölgəsindəki yerli rəsmilər ötən həftələrdə 3 məscidi qanundankənar dini təlimlər keçdiyi ittihamları ilə bağlatdırmışdı. Məscidin bağladılması üçün gələn təhlükəsizlik qüvvələri ilə müsəlmanlar arasında qarşıdurma yaranmışdı.

Çinin İslama müdaxiləsi, müsəlman uyğurlar başda olmaqla, bölgədəki bəzi etnik qrupları təlim düşərgələrinə cəlb etməsi beynəlxalq aləmdə sərt reaksiya ilə qarşılanıb.

Xatırladaq ki, Çində yaşayan 56 etnik qrupdan 10-u müsəlmandır. Hui (çinli müsəlmanlar), qırğız, qazax, uyğur, tacik, tatar, özbək, salar, baoan və donqşianq etnik azlıqları əsasən, Çinin şimalı və şimal-qərbində yaşayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm