Kolumbiyada DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Kolumbiyada DƏHŞƏTLİ PARTLAYIŞ: ölən və yaralananlar var - FOTO/VİDEO - (YENİLƏNDİ)

Kolumbiyanın paytaxı Boqotada törədilən partlayışda yaralananların sayı 87 nəfərə çatıb.

Yaralılardan 79-u xəstəxanalara çatdırılıb. Bildirilir ki, partlayışda ölənlərin sayı 11 nəfərə çatıb.

Hakimiyyət orqanları ölənlərdən 4-nün şəxsiyyətini müəyyənləşdirə biliblər. Onlardan biri ekvadorlu qadındır. Digər 3 nəfər isə kolumbiyalıdır. Hadisəni Xose Aldemar Rohas Rodriqes törədib. Hüquq-mühafizə orqanları onun fotosunu yayıblar.

***

Kolumbiyada partlayış törədilib.

Publika.az xəbər verir ki, hadisə paytaxtda törədilib. Avtomobilin partladılması nəticəsində azı 8 nəfər həlak olub.

İlkin məlumata görə, hadisə Boqotadakı Polis Akademiyasının yaxınlığında törədilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb edilib.

Yaralıların sayı dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm