2020-ci il üçün dünya memarlığının paytaxtı elan olundu
Bizi izləyin

Digər

2020-ci il üçün dünya memarlığının paytaxtı elan olundu

YUNESKO Beynəlxalq Memarlar İttifaqı (UIA) ilə birgə Rio-de-Janeyro şəhərini 2020-ci il üçün dünya memarlığının paytaxtı elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə YUNESKO-nun saytında dərc olunan məlumatda deyilir.

"YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye və Rio-de-Janeyro bələdiyyəsinin şəhərsalma məsələləri üzrə katibi Verena Visentini Andreatta cümə günü, yanvarın 18-də elan ediblər ki, Rio-de-Janeyro şəhəri (Braziliya) 2020-ci ildə dünya memarlığının paytaxtı olacaq", - deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm