Boru kəmərində PARTLAYIŞ: 20 ölü, 71 yaralı - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Boru kəmərində PARTLAYIŞ: 20 ölü, 71 yaralı - (YENİLƏNDİ)

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı yaralıların sayı 71-ə çatıb.

***

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 20 nəfər ölüb, daha 54 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm