Kim Çen Inın qurduğu rejimi devirmək istəyirlər - Müvəqqəti hökumət elan olundu
Bizi izləyin

Digər

Kim Çen Inın qurduğu rejimi devirmək istəyirlər - Müvəqqəti hökumət elan olundu

Şimali Koreyanın prezidenti Kim Çen Inın sui-qəsdə məruz qalan qardaşının oğlunu qoruduğu deyilən Çeollima Mülki Müdafiə təşkilatı özünü ölkənin qanuni müvəqqəti höküməti elan edib.

Publika.az xəbər verir ki, təşkilatın yaydığı məlumatda ölkəni pisliklərdən təmizləyəcəklərinə and içdiklərini açıqlayıb.

Təşkilat Şimali Koreyadakı mövcud rejimi tamamilə ləğv etməyə qərar verdikləri bildirilib. Təşkilat qadın, uşaq və qocalara hörmət etmək istəyən dövlət qurmaq istədiyini açıqlayıb. Haqqında çox az məlumat olan bu təşkilat onlara sığınmaq istəyənlərə kömək edəcəklər.

Təşkilat onlara kömək edən Hollandiya, Çin və ABŞ-a təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm