Rusiya diplomatından ABŞ-a SƏRT SÖZLƏR: Utanmadan...
Bizi izləyin

Digər

Rusiya diplomatından ABŞ-a SƏRT SÖZLƏR: Utanmadan...

ABŞ-ı yenidən möhtəşəm etmək istəyirsinizsə, o zaman dövlətlərin daxili işlərinə qarışmağa son verin!

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Tramp administrasiyasına çağırışında deyib.

“ABŞ-ı venesuelalıların və digər xalqların öz müqəddəratını təyin etmə haqqını tanımağa çağırırıq. Bir tərəfdən sanksiyalarla Venesuelanın boğazını sıxırsınız və ölkənin inkişafının qarşısını alırsınız, digər tərəfdən də venesuelalıların banklardakı şəxsi hesablarını utanmadan ələ keçirirsiniz. ABŞ Venesuelaya 2013-cü ildən bəri zərər verərək ölkədə süni şəkildə böhran yaradıb Maduro hakimiyyətini devirmək istəyir”, - deyə diplomat bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm