Putin və Ərdoğan S-400-lərin tədarükünü müzakirə etdilər
Bizi izləyin

Digər

Putin və Ərdoğan S-400-lərin tədarükünü müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində görüşüb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçılarının danışıqlarının gedişatında S-400 Rusiya zenit-raket sistemlərinin Türkiyədə tədarükü müzakirə edilib.

Ərdoğan qeyd edib ki, tədarük prosesi problemlərsiz keçir. O, razılaşmanın icrası ilə bağlı hər hansı ləngimənin müzakirə mövzusu olmadığını bildirib.

Həmçinin o vurğulayıb ki, raketlərin birgə istehsalı və texnologiyaların mübadiləsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm