Bu ölkədə iki güclü zəlzələ oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Bu ölkədə iki güclü zəlzələ oldu - (YENİLƏNDİ)

Çilidə daha bir 6 ballıq dəhşətli zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi informasiya yayıb.

Xəbərdə bildirilib ki, zəlzələnin episentri İllapel şəhərindən 28 km cənub-qərbdə, 49 km dərinlikdə yerləşib.

Sarsıntılar paytaxt Santiyaqo və digər ətraf şəhərlərdə hiss edilib.

Dağıntı və tələfatla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Çili “Alov Dairəsi” adlanan seysmik bölgə üzərində yerləşir. 2010-cu ildə burada baş verən 8,8 ballıq zəlzələ və sunami zamanı 500-dən çox insan ölmüş, 220 min ev dağılmışdı.

***

05:36

Çilinin ərazisində 5,2 bal gücündə zəlzələ baş verib.

Publika.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Santiaqodan 183 kilometr şimalda, demək olar ki 5 milyon əhalisi olan şəhərdə baş verib. Ocağın dərinliyi, təxminən, 40 kilometr yerin altında olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm