Trampın gizli səfərinin DETALLARI: gecəyarısı Əfqanıstana getdi və... - FOTOLAR
Bizi izləyin

Digər

Trampın gizli səfərinin DETALLARI: gecəyarısı Əfqanıstana getdi və... - FOTOLAR

ABŞ prezidenti Donald Trampın ötən gün Əfqanıstana sürpriz səfəri maraq doğurub.

Publika.az xəbər verir ki, ölkənin ən böyük hava bazası olan “Bəhram”a gedən prezident ABŞ-da qeyd olunan "Şükranlıq Günü" münasibətilə ölkəsinin əsgərləri ilə nahar edib.

Səfər 2,5 saat davam edib.

Ağ Ev sözçüsü Stefani Qrişem təyyarədə jurnalistlərə verdiyi açıqlamada “Bura təhlükəli bölgədir. Amma Tramp buradakı əsgərlərə dəstək vermək istədi. Cənab və xanım Tramp ailəsindən çox uzaqda qalan insanlar olduğunu bilir və bunun xoş bir sürpriz olacağını düşündük” sözlərini deyib.

Səfərə prezidentin həyat yoldaşı Melaniya Tramp qatılmayıb.

Prezidentin səfər təəssüratlarını Ağ Evin Sosial Media Direktoru Dan Skavino tvitterdən paylaşıb. Səfər Donald Trampın təhlükəsiz şəkildə səyahət etməsindən ötrü ölkəsinə qayıdana qədər ictimaiyyətə açıqlanmayıb. O, gecəyarısı Vaşinqtona dönüb.

"Taliban razılaşmaq istəyir"

Əfqanıstana ziyarət çərçivəsində prezident Əşrəf Qəni ilə görüşən Tramp Taliban qruplaşmasının razılığa gəlmək istədiyini, bu razılaşmanın gerçəkləşməsi ya da gerçəkləşməməsinin onlar üçün fərq etmədiyini deyib: "Taliban ilə bir razılaşma əldə edənə ya da konkret zəfər çalana qədər Əfqanıstanda qalacağıq. Son 6 ayda böyük yol qət etdik. Eyni zamanda, əsgərlərimizi də geri çəkirik. Buradakı əsgərlərimizin sayını səkkiz min altı yüzə salmağa ümid edirik”.

Qəni isə öz növbəsində Tramp liderliyi və qətiyyəti üçün təşəkkür edib.

Qeyd edək ki, bu, Donald Trampın Əfqanıstana ilk səfəridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm