Müsəlmanları təhdid edən şəxslər saxlanıldı
Bizi izləyin

Digər

Müsəlmanları təhdid edən şəxslər saxlanıldı

Kanada polisi Kvebek əyalətinin iki sakinini baş nazir Castin Tryudonun və ölkənin müsəlman icmasının ünvanına təhdidlərlə əlaqədar saxlayıb.

Publika.az xəbər verir ki, polisin məlumatına görə, saxlanılanlar xüsusi halda sosial şəbəkələrdə Tryudo və müsəlmanların qətlinə çağırışlarla çıxış ediblər. Saxlanılanlar ultrasağ "Storm Alliance" təşkilatı ilə əlaqələrdə şübhəli bilinirlər.

Onlar yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar. Amma təhqiqatın başlanğıcının dəqiq müddəti məlum deyil.

Hadisənin başqa təfərrüatları açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm