Baş nazir ikinci dəfə analiz verəcək: koronavirusdan
Bizi izləyin

Digər

Baş nazir ikinci dəfə analiz verəcək: koronavirusdan

İsrailin baş naziri Benyamin Netanyahu ikinci dəfə koronavirusdan analiz verəcək.

Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, baş nazirin müşaviri Rivka Paluçda koronavirus aşkarlanmasından sonra bu qərara gəlinib.

Testin nə zaman ediləcəyi və İsrail baş nazirinin karantinə alınıb-alınmayacağı isə məlum deyil.

Qeyd edək ki, Netanyahu 15 martda tədbir məqsədilə koronavirusdan analiz vermiş, nəticəsi neqativ çıxmışdı.

Son məlumatlara görə, İsraildə 4 min 347 nəfər yeni tip virusa yoluxub. Onlardan 15 nəfəri ölüb, 134-ü sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm