Virus Rusiyada REKORD QIRIR - Son günlərin ən pis rəqəmləri - (YENİLƏNİR)
Bizi izləyin

Digər

Virus Rusiyada REKORD QIRIR - Son günlərin ən pis rəqəmləri - (YENİLƏNİR)

Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon 500 min 448 olub.

Publika.az xəbər verir ki, bunlardan 658 min 69 nəfəri sağalıb, 171 min 504 nəfəri dünyasını dəyişib.

Ən çox yoluxma halları ABŞ (792 min 938), İspaniya (204 min 178) və İtaliyada (181 min 228) qeydə alınıb.

12:42

xxx

Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon 490 min 277 olub.

Publika.az xəbər verir ki, 170 min 561 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.

653 min 231 nəfər sağalıb.

Hazırda 1 milyon 666 min 485 nəfərin müalicəsi davam edir. Onlardan 57 min 336-nın vəziyyəti kritikdir.

Son sutka ərzində 9 min 774 yeni yoluxma, 164 ölüm qeydə alınıb.

Son gündə ən çox yoluxma Rusiyada qeydə alınıb. 5 min 642 nəfər infeksiyaya yoluxub. 51 nəfərsə dünyasını dəyişib. Bununla da ölkədə ümumi yoluxma sayı 52 min 763-ə, ölənlərin sayı 456-ya çatıb.

xxx

08:06

Dünya üzrə koronavirusla bağlı son durum açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, virus qurbanlarının sayı 170 042-ə, yoluxanların sayı isə 2 473 209 nəfərə çatıb. Eyni zamanda, COVID 19-dan 645 min insan sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm