İŞİD niyə Beyrutu partlatdı? - TARİXİ VƏ SİYASİ MƏQAMLAR
Bizi izləyin

Digər

İŞİD niyə Beyrutu partlatdı? - TARİXİ VƏ SİYASİ MƏQAMLAR

İŞİD terror təşkilatının süquta uğradığı açıqlandıqdan sonra regionda ən böyük terror hadisəsi ötən gün Livanın paytaxtı Beyrutda qeydə alındı. Hadisə nəticəsində 100-dən çox adamın öldüyü, 4 minə yaxın insanın yaralandığı bildirilir. Terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu cür genişmiqyaslı partlayışın niyə məhz Beyrutda həyata keçirildiyi maraq dairəsindədir.

Aralıq dənizinin ən böyük limanlarından birinə sahib Beyrut həm də bununla ölkə iqtisadiyyatının şah damarını özündə daşıyır. Livanın ana ticarət damarı olan Beyrut limanı bölgənin ən işlək ticarət mərkəzlərindən biridir.

Beyrut limanı hansı tarixdən xidmət edir?

Liman Roma İmperiyası dövründən bəri Livan və Suriyanı əhatə edən Levant bölgəsinin tarixi boyunca regional ticarət mərkəzi və Şərqlə Qərb arasında əhəmiyyətli iqtisadi əlaqə nöqtəsi olub.

Bu əhəmiyyət Aralıq dənizini Yaxın Şərqə bağlayan və Asiya ilə Afrika qitəsinin keçid nöqtəsində yerləşən strateji mövqedə olmasından qaynaqlanır.

Osmanlı dövründə - 1894-cü ildə genişləndirilərək açılan liman 1925-ci ildə bir müddət fransızların nəzarətində olub. 1960-cı ildə isə livanlıların hakimiyyətinə keçib. Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsi zamanı ciddi zərər görən liman döyüşlərin başa çatdığı 1990-cı ildən bəri bərpa və genişlənmə mərhələsinə daxil olub.

Limanın infrastrukturu və sahib olduğu imkanlar

Beyrut limanı konteyner, avtomobil, quru və maye yük və anbar müəssisələri daxil olmaqla, həm sərnişin, həm də yük terminalları ilə 1,2 milyon kv.km ərazidə yerləşir.

Limanın ümumi yük sahəsi 12 anbardan ibarətdir. 120 min tonluq taxıl anbarı da mövcuddur. Liman ildə 1,2 milyon konteyner daşımaq imkanına sahibdir.

Ümumi su hövzəsi 1,2 milyon kubmetrdir. Strateji yeri və imkanlarına görə liman dünyanın ən böyük gəmi şirkətləri tərəfindən transfer mərkəzi olaraq istifadə olunur. Ölkəyə gələn idxal məhsullarının giriş nöqtəsi məhz Beyrut limanıdır.

Beyrut limanının strateji əhəmiyyəti

Beyrut limanı Aralıq dənizinin ən əhəmiyyətli nöqtələrindən biri və ölkənin dəniz yolu ilə dünyaya açılan qapısıdır.

BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2018-ci ildə yayımladığı “Göndərmə Bağlantı xətti” indeks hesabatına görə, liman sərgilədiyi performans səbəbilə dünya miqyasında 171 liman arasında 38-ci pillədə yer alıb.

Regional səviyyədə Beyrut Yaxın Şərqdəki liman ölkələri arasında eyni indeksdə 6-cı yerdə qərarlaşıb. Liman geostrateji mövqeyi etibarilə İordaniya, Səudiyyə Ərəbistanı, İraq və digər körfəz ölkələrinin Aralıq dənizi ilə əlaqəsini təmin edən nöqtələrdən biridir.

Limanın Livan iqtisadiyyatına faydası

Limanın rəsmi bilgilərini paylaşan “portdebeyrouth” saytının məlumatına görə, Beyrut limanı ölkə iqtisadiyyatına 2005-ci ildən bəri artan rəqəmlərlə fayda verir. 2005-ci ildə bu rəqəm 89 milyon ikən 2017-ci ildə 313 milyon dollara çıxıb. 2005-ci ildə ölkə büdcəsinə 14 milyon dollar fayda verən liman 2017-ci ildə bu rəqəmi 124 milyona yüksəldib.

Liman bir çox beynəlxalq gəmi nəqliyyatı firmasının ölkədə fəaliyyət göstərməsinə vəsilə olaraq xarici investisiyanı cəlb edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm