Rusiya Dövlət Dumasının sabiq spikeri vəfat etdi
Bizi izləyin

Dünya

Rusiya Dövlət Dumasının sabiq spikeri vəfat etdi

Rusiya Dövlət Dumasının sabiq sədri Gennadi Seleznyov ötən gecə vəfat edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə onun kürəkəni Andrey Andreyev məlumat verib.

A.Andreyev deyib ki, bu gün ömrünün 68-ci ilində ikinci (1996-1999) və üçüncü (2000-2003) çağırış Dövlət Dumasının sədri Gennadi Seleznyov vəfat edib: “Gennadi Nikolayeviç son bir neçə ayda ağır xəstəliklə kişi kimi mübarizə aparırdı. Həkimlər mümkün olan nə varsa ediblər, amma bu gün onun ürəyi döyünməyi dayandırıb”.

Xatırladaq ki, G.Seleznyov 1947-ci ilin noyabrında anadan olmuşdu. Birinci və dördüncü çağırış Dövlət Dumasına Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) siyahısından seçilmişdi. Partiyanın ali orqanı olan RFKP Mərkəzi Bürosunun sədarətinə seçilib. Dövlət Dumasına rəhbərlik etdiyi vaxt Təhlükəsizlik Şurasının üzvü olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm