F-16-lar havaya qalxdı: 800 terrorçu təslim oldu
Bizi izləyin

Dünya

F-16-lar havaya qalxdı: 800 terrorçu təslim oldu

Türkiyə Silahlı Qüvvələri tərəfindən Şimali İraqdakı PKK düşərgələri və Suriyadakı İŞİD mövqelərinə qarşı hava hücumları davam edir.

Publika.az xəbər verir ki, Diyarbəkir hərbi bazasından qalxan altı dənə F-16 döyüş təyyarəsi Hakurk, Kelaşin, Hinere ilə Kandil dağlı ətəklərindəki Merendo, Kortek, Meleyan və Sive kəndləri ətrafındakı PKK düşərgələrini bombalayıb.

Bombardmanda terror təşkilatının düşərgələri məhv edilib.
Məlumatlara görə, son günlər PKK-ya qarşı hücumlardan sonra 800-dən çox təşkilat üzvü könüllü olaraq təslim olub. İŞİD-ə qarşı hücumlarda da Türkiyə ordusu böyük uğur qazanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm