Dünya
Türkiyə ordusunda kadr dəyişiklikləri - SİYAHI
Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılıq etdiyi Ali Hərbi Şuranın toplantısı keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantının ilk günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti böyük ölçüdə müəyyənləşdirilib.
Təqaüdə çıxacaq Baş Qərargah başçısı general Necdət Özəlin yerinə Quru Qüvvələrinin komandiri general Hulusi Akar gətiriləcək. Akarın boşalan yerinə isə 1-ci ordu komandiri Saleh Zəki Çolakın gətirilməsi gözlənilir.
Dəniz və Hava Qüvvələrin komandirlərinin vəzifə müddətinin bir il uzadılması, general Abdullah Atayın təqaüdə çıxması ilə boşalan Jandarma Komandirliyinə Egey Ordusunun komandiri general Galib Mendinin gətiriləcəyi bildirilir.
Baş Qərargahın ikinci başçısı general Yaşar Gülərin isə gələn il Jandarm, 2017-ci ildə isə Quru Qüvvələrinin komandirliyinə gətiriləcəyi deyilir. Yaşar Gülərin 4 il Baş Qərargah rəisi olacaq Hulusi Akarın 2019-cu ildə boşalacağı kreslosuna oturma ehtimalı ən yüksək olan şəxs olduğu qeyd edilir.
Ali Hərbi Şuranın toplantısı sabah başa çatacaq. Toplantıda qəbul olunan qərarlar prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Prezidentin imza atması ilə qərarlar qüvvəyə minəcək.
Ömər Dağlı
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"