Dünya
İŞİD-in kraliçaya qarşı sui-qəsd PLANI
İŞİD Böyük Britaniya kraliçası II Elizabetin gələn həftə
qatılacağı bir mərasimə bombalı hücum planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Mail on Sunday" qəzeti iddia
edib. Qəzetin iddiasına görə, ingilis təhlükəsizlik gücləri
tərəfindən üstü açılan sui-qəsd planı İkinci Dünya müharibəsinin
sona çatmasının 70 illiyi münasibəti ilə keçiriləcək mərasimdə
gerçəkləşdirilməli idi. Qəzetin yazdığına görə, ingilis polisi və
digər təhlükəsizlik qüvvələri sözügedən sui-qəsd planını pozmaq
üçün çox böyük səy göstərib.
Kraliça 2-ci Yelizavetanın də aralarında olduğu ingilis kral
ailəsinin təmsilçiləri gələn şənbə Londonda keçiriləcək hərbi
parada və kilsə mərasiminə qatılacaq. Xəbərin yayımlanmasından
sonra Böyük Britaniya təhlükəsizlik gücləri xalqdan çaxnaşmaya
qapılmamağı xahiş edib.
"Mail on Sunday" qəzeti hücum planı quran terrorçuların Böyük
Britaniya vətəndaşı olduqlarını və Suriyadakı başçılarının əmri ilə
hərəkət etdiklərini irəli sürüb. Xəbərə görə, terrorçular 2013-cu
ildə keçirilmiş Boston marafonu zamanı istifadə edilmiş bombaya
bənzər silahdan istifadə etməyi planlaşdırıblar.
II Elizabet Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora
daxil olan 15 dövlətin kraliçasıdır. Millətlər Birliyinə
Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz,
Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent
və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları,
Tuvalu, Yamayka daxildir. II Elizabet həmçinin Fici Respublikasının
Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordudur.
O, 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika
İttifaqının Kraliçası olub. Vindzorlar sülaləsinin nümayəndəsidir.
Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə
rəsmi tacqoyma mərasimi keçirilib.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI