Vladimir Putin: "Ukrayna SSRİ-nin tərkibindən qanuni yolla çıxmayıb"
Bizi izləyin

Dünya

Vladimir Putin: "Ukrayna SSRİ-nin tərkibindən qanuni yolla çıxmayıb"

Rusiya prezidenti Vladimir Putinlə Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu arasında telefon danışığı olub.

Rusiya prezidenti Vladimir Putinlə Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu arasında telefon danışığı olub.

Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan danışıqda Krımdakı vəziyyət müzakirə olunub.

Abdulcəmil Krimoğlu açıqlamasında bildirib ki, Putinə Krıma müdaxilə edilməsinə qarşı çıxıb və bunun yolverilməz sayıb: "Putin bildirdi ki, Krım məsələsi ilə bağlı yekun qərar 16 martda keçiriləcək referendumdan sonra veriləcək. Putinə görə, Ukraynanın öz müstəqilliyini elan etməsini respublikaların SSRİ-nin tərkibindən çıxması üçün nəzərdə tutan sovet normalarına uyğun baş verməyib”.

Rusiya prezidenti telefon söhbətində Krımda Rusiya qoşunlarının geri çəkmək fikrində olmadığını bildirməklə yanaşı tatarlarla hər hansı gərginliyin yaşanmaması ilə bağlı tapşırıqlar verdiyini söyləyib. Abdulcəmil Krımoğlunun sözlərinə görə, Putin ondan tatarların münaqişəyə qarışmamasını istəyib: "Putin dedi ki, ukraynalı millətçilər və banderaçılar tatarları münaqişəyə cəlb etmək istəyir. Tatarların təhlükəziliyi ilə bağlı danışdıq. O, məni əmin etdi ki, tatarların təhlükəziliyi təmin olunacaq". /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm