Dünya
“Financial Times”: “İsrail çarəni kürdlərdə gördü”
İsrail may ayından etibarən neft tələbatının təxminən 77 faizini İraq kürdlərinin satdığı neftin hesabına ödəyir.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzeti yazıb.
Qəzet qeyd edir ki, İsrailin ödənişləri İŞİD ilə döyüşən Şimali İraq kürd rəhbərliyi üçün əhəmiyyətli gəlir qaynağı təşkil edir. “Financial Times”in məlumatlara görə, İsrailin neftayırma zavodları və neft şirkətləri may ayının əvvəlindən 11 avqust tarixinə kimi kürdlərdən 19 milyon barreldən çox neft idxal edib.
İsrailin neft tələbatı isə gündəlik təxminən 240 min barreldir. “Financial Times” Şimali İraq neftinin Ceyhan limanından ixrac edildiyi xatırladıb. Qəzetin yazdığına görə, kürd muxtariyyəti ixrac etdiyi neftin üçdə birindən çoxunu İsrailə satır.
“Financial Times” qeyd edib ki, ekspertlər İsrailin kürd neftini ucuz aldığını bildirirlər. Regional kürd rəhbərliyinin səlahiyyətliləri isə bu iddiaları rədd edir.
İsrailin kürdlərdən aldığı neftin bir hissəsini başqa ölkələrə satdığı və ya anbarlarda saxladığı təxmin edilir.
Bağdad və Ərbil (kürd muxtariyyətinin mərkəzi) arasında ötən il əldə olunan razılaşmaya görə, İraq büdcəsindən regional kürd rəhbərliyinə 17 faiz pay düşür. Bu isə illik 17 milyard dollar təşkil edir. Ərbil isə Bağdadın razılaşmaya əməl etmədiyini bildirərək çıxış yolunu nefti müstəqil olaraq satmaqda görür.
Ömər Dağlı
-
Magazin104:14
Günel Zeynalovanın yeni biznesi: "Kimyaçı oldum" - FOTO
-
İKT03:50
Həkimlərin ağlına süni intellekt "calanacaq" - Yeni texnologiya
-
İdman02:12
Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - ANBAAN VİDEO
-
Sosial01:11
Düyü yenidən bahalaşa bilər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: işlərin gedişatı sizi narazı sala bilər
-
Sosial18 May 23:36
"Rossiya-24"ün Laçınla bağlı xüsusi REPORTAJI: "Artıq bu ərazilər tam təhlükəsizdir" - VİDEO
-
Sağlamlıq18 May 22:24
Bu göyərti böyrəklərdə daş əmələ gətirir - FOTO
-
Kriminal18 May 22:12
Könülün qətli ilə bağlı müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO