Putin bu ölkəyə səfərə hazırlaşır
Bizi izləyin

MDB

Putin bu ölkəyə səfərə hazırlaşır

"Vladimir Putinin Şimali Koreyaya səfəri hazırlanır".

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml nümayəndəsinin sözlərinə görə, hazırda səfərə hazırlıq gedir.

Bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya prezidentinin Çinə səfəri iki dövlət arasında münasibətlərin keyfiyyətcə əvvəlki dövrdəki ənənəvi dövlətlərarası ittifaqlardan üstün olduğunu təsdiqləyir.

"Financial Times" yazıb ki, Rusiya prezidenti və Çin Xalq Respublikası sədrinin Pekində verdiyi bəyanatlar ABŞ üçün əsl alçaldıcıdır .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm