Öcalan sentyabrın 1-də PKK-ya müraciət edəcək
Bizi izləyin

Dünya

Öcalan sentyabrın 1-də PKK-ya müraciət edəcək

“Abdullah Öcalan sentyabrın 1-də Dünya Sülh Günündə PKK-ya “silahları yerə qoyun” deyəcək və sülh çağırışı edəcək”.

Publika.az xəbər verir ki, bu barədə CNN Türk-də yayımlanan bir proqrama qatılan türkiyəli alim Ramazan Topdemir deyib.

Onun sözlərinə görə, Xalqların Demokratik Partiyasının (HDP) seçkilərə qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdə iştirakı kürd cəmiyyətində “siyasi qazanc” kimi qəbul olunacaq. Ədalət və İnkişaf Partiyası ilə HDP arasındakı buzların əriyəcəyini deyən Topdemir Öcalanın təşəbbüskar kimi səhnəyə çıxacağını söyləyib.

Qeyd edək ki, HDP müvəqqəti hökumətdə üç nazirlə təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyətçi Xalq Partiyası (CHP) müvəqqəti hökumətdə iştirakdan imtina ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm