Qaçqınları daşıyan qatar Almaniyaya çatdı
Bizi izləyin

Dünya

Qaçqınları daşıyan qatar Almaniyaya çatdı

Budapeştin Keleti vağzalında günlərlə sürən yubanmalardan sonra qaçqınlarla dolu qatarlar Almaniyaya çatıb.

Qaçqınları daşıyan qatarlar Avstriya sərhədlərini keçərək Almaniyaya istiqamət alıb. Minlərlə qaçqın naməlum statusla Avropa İttifaqına üzv ölkələrdən sığınacaq tələb edir. Avstriya rəsmiləri bir neçə min qaçqının yardım paketləri və qalmaları üçün yerlərlə təmin edildiyini bildirib.

Avstriya və Almaniya miqrantları maneəsiz qəbul ediləcəyini bəyan edib. Avstriya kansleri Uerner Faymann bunu Almaniya kansleri Angela Merkellə müzakirələrdən sonra elan edib.

Faymann qərarın Macarıstan sərhədlərində yaranan fövqəladə vəziyyətə görə qəbul edildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm