Dünya
Kreml ŞOKDA: 1800 terrorçu ölkəyə qayıdır
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının sıralarında təxminən 1800 Rusiya vətəndaşı vuruşur.
Publika.az xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” nəşrinə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokolsev deyib.
“İŞİD-in sıralarında vuruşan 1800 Rusiya vətəndaşı haqqında məlumatımız var. Onlardan 477-nə qarşı cinayət işi qaldırılıb”, - o deyib.
Nazir qeyd edib ki, döyüş əməliyyatları zonasından qayıdanların əksəriyyəti Şimali Qafqaz regionunda yaşayırlar.
İyun ayında MDB-nin Terrorçuluğa Qarşı Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, İŞİD-in sıralarında Rusiyanın 5 min vətəndaşı vuruşur.
Rusiya hökuməti ölkəyə qayıdan döyüşçüləri terror aktlarının potensial iştirakçıları hesab edir. Rusiya hərbçilərinin Suriyada rejim qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizəyə qoşulması da təsadüfi hesab edilmir.
Qafqaz mücahidlərinə yaxın saytlar xəbər verir ki, Əsəd ordusuna
dəstək üçün Suriyaya gedən rus əsgərləri İŞİD və “Əl-Nüsra” Cəbhəsi
ilə döyüşdə ilk növbədə çeçen döyüşçüləri hədəf alır. Çeçenlərə
qarşı əməliyyat xüsusilə snayperlər vasitəsilə həyata
keçirilir.
Şimali Qafqazdakı çeçen mücahidlərinin çoxu hazırda Suriyadadır.
Ekspertlərin fikrincə, rus əsgərlərinin Suriyada keçirdiyi
əməliyyatlarla bu təhlükə yerindəcə məhv edilə bilər.
Ömər Dağlı
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!