Dünya
Türkiyə noyabrın 1-dən sonra bölünəcək - ŞOK PROQNOZ
“Noyabrın 1-də keçiriləcək seçkilərdə HDP-nin baryeri
aşa bilməməsi, yaxud bilərəkdən baryeri keçməyə imkan verilməməsi
Türkiyənin bölünməsinə gətirib çıxaracaq”.
Publika.az xəbər verir ki, bu barədə müvəqqəti
hökumətdə Avropa Birliyi naziri olaraq təmsil olunan HDP-li millət
vəkili Heydər Konca deyib.
H. Konca iddia edib ki, Türkiyədə və bütün bu coğrafiyada
demokratiyanın yenidən inşa edilməsinin yeganə açarı HDP-dir:
“HDP-ni bu və ya digər formada baryeri keçməyə qoymasalar, Türkiyə
bölünəcək. Bu riski heç kəs ala bilməz”.
Qeyd edək ki, Türkiyədə PKK-ya qarşı əməliyyatların başlaması və
HDP-nin terror təşkilatına yardım etdiyinə dair faktların ortaya
çıxmasından sonra kürdlərin partiyası ciddi səs itkisi ilə üzləşib.
Iyunun 7-də keçirilən parlament seçkilərində 12 faiz səs toplayaraq
80 millət vəkili ilə parlamentə düşən HDP üçün bu dəhşətli gələcək
vəd edir. Bu baxımdan, ekspertlər HDP-ni dəstəkləyən və Türkiyənin
güclənməsini istəməyən qüvvələrin bütün vasitələrlə seçkinin
nəticələrinə müdaxilə edəcəyini proqnozlaşdırır. Yəni HDP istənilən
səsi almasa, Türkiyədə vətəndaş müharibəsinin başlaya biləcəyi
haqda da ehtimallar var. Türkiyəli ekspertlərə görə, baş verən son
olaylardan sonra noyabrın 1-də keçiriləcək seçkilərdə HDP-nin
baryeri aşması mümkünsüzdür.
Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Henri
Barkeyin ötən həftə “Financial Times” nəşrinə açıqlaması da bu
ehtimalları artırır.
“Ərdoğan çətin durumdadır. Ya seçkilərdə eyni nəticə çıxacaq, ya da
HDP parlamentə girə bilməyəcək və şəhərlər havaya uçacaq.
Türkiyənin taleyi 1 noyabr parlament seçkilərindən asılıdır. HDP
TBMM-də yer almalıdır. Əks təqdirdə şəhərlər bombalanacaq”, - deyə
CİA mütəxəssis bildirib.
Asif Nərimanlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO