Xamneyi: “Cavabımız çox sərt və ağır olacaq”
Bizi izləyin

Dünya

Xamneyi: “Cavabımız çox sərt və ağır olacaq”

İranın ali dini lideri Ayətullah Əli Xamneyi Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dini lider iranlı hacılara qarşı “ən kiçik hörmətsizlik” göstəriləcəyi, yaxud da həyatını itirən iranlılarla bağlı üzərinə düşəni etməyəcəkləri halda Tehranın Ər-Riyada sərt və ağır şəkildə cavab verəcəyini bildirib.

Yüksək rütbəli hərbçilərin olduğu tədbirə qatılan dini lider söyləyib ki, Səudiyyə veriləcək cavabın onlar üçün yaxşı olmayacağını bilməlidir.

Qeyd edək ki, Məkkə yaxınlığındakı Mina dağında baş verən izdihamda həyatını itirənlərin sayının 4700 nəfər olduğunu iddia edən İran vəfat edən vətəndaşlarının cəsədlərini istəyib. İran xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahiyan rəsmi müraciətin Səudiyyə Ərəbistanın İrandakı səfirliyinə çatdırıldığını bildirib.

Həcc ziyarəti zamanı dünyasını dəyişənlər Səudiyyə Ərəbistanı tərəfindən müqəddəs torpaqlarda dəfn edilir. İranın açıqladığı rəqəmlərə görə, izdihamda 239 İran vətəndaşı ölüb, 241-i isə itkin düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm