Türk qırıcılarına hücum edildi - MÜƏMMA
Bizi izləyin

Dünya

Türk qırıcılarına hücum edildi - MÜƏMMA

Suriya-Türkiyə sərhədində 2 qırıcı Türkiyə qırıcılarına hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 4-də 2 “MİG-29” tipli qırıcı Türkiyənin F-16-larına hücum edib.

“10 ədəd F-16 ilə Türkiyə-Suriya sərhədi boyunca patrul uçuşları həyata keçirib. Patrul xidmətinin yerinə yetirildiyi vaxt iki ədəd F-16 təyyarəmiz hansı dövlətə məxsus olduğu məlum olmayan 2 ədəd “MIG-29” qırıcısının hücumuna məruz qalıb. Hücum 5 dəqiqə 40 saniyə davam edib”, - Baş Qərargahın məlumatında deyilir.

Baş Qərargah təqibin 5 dəqiqə 40 saniyə davam etdiyini açıqlayıb.

Məlumata görə, “MİG-29” Rusiya və Suriya ilə yanaşı, İran ordusunun arsenalında da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm