Dünya
Pentaqon: “Rusiyanı Suriyada ağır itkilər gözləyir”
Rusiya Suriyada yaxın günlərdə ağır itkilərlə üzləşə bilər.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter NATO-nun toplantısında bildirib.
O həmçinin Rusiya hərbçilərini qeyri-peşəkarlıqda ittiham edib. “Biz Rusiyanın Suriyadakı hərəkətlərini qeyri-peşəkar hesab edirik. Pozulan Türkiyənin hava məkanı həm də NATO-un hava məkanıdır. Bundan başqa, heç bir xəbərdarlıq edilmədən Suriyaya atılan qanadlı raketlər Amerikanın pilotsuz təyyarəsinin bir neçə mil məsafəsindən keçib”, - Karter deyib.
Karterin sözlərinə görə, Kreml öz səhv strategiyasını dəyişməyənə kimi ABŞ Suriyada Rusiya ilə əməkdaşlıq etməyəcək.
“Rusiyanın kursu dəyişdirməyə imkanı var, ancaq mən əmin deyiləm ki, o, bunu edəcək. Moskva özünü təcrid etməkdə davam edir”, - nazir əlavə edib.
Toplantıdakı rəsmi və qeyri-rəsmi danışıqlarda Türkiyənin hava məkanının pozulması gündəm mövzu olub. Rusiyanın hərəkətlərinin qəbuledilməz olduğunu deyən NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Türkiyəni müdafiə etməyə hazır olduğunu vurğulayıb. Stoltenberqin sözlərinə görə, hazırda ittifaqın 40 minlik operativ reaksiya gücü istənilən döyüş məsələlərinin icrasına hazırdır.
NATO-nun baş katibi həmçinin bildirib ki, Polşa və Baltikyanı ölkələrində qoşun birləşmələrinin yerləşdirilməsi ilə bağlı Böyük Britaniyanın qərarını alqışlayır.
Ömər Dağlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər