Obama Yanukoviçi təhqir etdi: “O, Putinin...”
Bizi izləyin

Dünya

Obama Yanukoviçi təhqir etdi: “O, Putinin...”

ABŞ prezidenti Barak Obama Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi Rusiya prezidenti Vladimir Putinin “korlanmış marionetkası" adlandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin başçısı bu barədə CBS telekanalına müsahibəsində bildirib.

“Mən prezident vəzifəsinə başlayanda korlanmış hökmdar Yanukoviç Ukraynayla rəhbərlik edirdi. O, Putinin marionetkası idi”, - Obama deyib.

Ötən ayın sonunda isə Putin CBS telekanalına müsahibəsində bildirib ki, Ukraynanın sabiq prezidentinin devirilməsində ABŞ-ın rolunun olduğuna əmindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm