Dünya
İŞİD-ə sarsıdıcı zərbə: avtomobil karvanı vuruldu, Bağdadi ağır yaralandı (YENİLƏNİB)

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb.
Publika.az Anadolu agentliyinə istinadəbn xəbər verir ki, Ənbarda İŞİD-ə qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavi Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.
İraqın əl-Qaim qəsəbəsi və Suriyanın Əlbukəmal şəhərində olan kəşfiyyat qurumlarından verilən məlumatlara görə, Bağdadi hadisə yerindən təcili yardımla Suriyadakı bir xəstəxanaya aparılıb. Aşur əl-Mıhelavi deyib ki, Bağdadi İraq sərhədinə çox yaxın, İŞİD-in nəzarətində olan Əlbukəmal şəhərindəki bir xəstəxanada yüksək təhlükəsizlik tədbirləri altında müalicə olunur: “Biz Bağdadinin ölümcül yaralandığı qənaətindəyik”.
İŞİD-in böyük bir çaxnaşma içərisində olduğunu söyləyən Mıhelavi, həmçinin bildirib ki, ikinci hava hücumundan yayınmaq üçün qruplaşma üzvləri xəstəxana ətrafından kənarlaşdırılaraq, ayrı-ayrı bölgələrə göndəriliblər.
19:55
İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin avtomobil karvanına havadan zərbələr endirilib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İraqın Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə hava hücumu İraqın Ənbar vilayətinə bağlı Karabilə bölgəsində həyata keçirilib.
“İraqın kəşfiyyat qurumları, ortaq əməliyyatlar komandiri və İraq hava qüvvələrinin əməkdaşlığı nəticəsində Əbubəkr əl-Bağdadinin də içərisində olduğu avtomobil karvanına hava hücumu həyata keçirilib”, - məlumatda deyilir.
Hücum nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilir. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.

-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ