Dünya
Krım tatarları yenidən sürgün olunacaq? - Perspektiv
Ukraynanın Krım regionunda Ukraynadan ayrılaraq Rusiyaya birləşməyə dair referendum keçirildiyi bir vaxt Krım Tatar Milli Məclisinin üzvü Əbdülrəhman Egiz “Amerikanın Səsi”nə müsahibəsində Krımda vəziyyətin kritik olduğunu bildirib.
Publika.Az – ın radioya istinadən verdiyi məlumata görə, hazırda Krımda olan Ə.Egiz Krım tatarlarının referendum tanımadığını və səsvermədə iştirak etmədiyini söyləyib.
“Bunun bir neçə səbəbi var. Birincisi, bu “referendum” Ukrayna
Konstitusiyasına ziddir. İkincisi, Krım parlamenti referendum
qərarını silahlıların, terrorçuların basqısı altında olan zaman
qəbul edilib. Üçüncü səbəb isə, bizim üçün ən önəmli səbəblərdən, –
Krım tatar xalqı, Krımda kökənli xalqdır. Soyqırım və sürgün
səbəblərindən azlığa düşmüşük. Krımın gələcəyi yalnız Krımda riyazi
üstünlüyə malik çoxluq tərəfindən deyil, Krımın kökənli xalqının
razılığı ilə müəyyən edilməlidir”, - deyə Ə.Egiz bildirib.
Hazırda regionda vəziyyətin çox kritik olmasına baxmayaraq,
xalqı təmkin göstərməyə çağırdıqlarını bildirən Krım Tatar Milli
Məclisinin üzvü qeyd edib ki, xalqı bu məsələnin beynəlxalq bir
problemə çevrildiyinə inandırmağa çalışırlar: “Xalqımızı sakit
saxlamaq çox çətindir. Onlar etiraz nümayişlərinin təşkilini tələb
edir. Krımda rus əsgərlərini görən xalqımız soyqırımı, sürgünü
xatırlayır. Xalqımız yaşadıqları qəsəbələri səhərədək
qoruyurlar”.
Krım Tatarları Məclisinin üzvü deyir ki, Krım referendumla Rusiyaya birləşsə, tatar xalqı dünya ictimaiyyətinin təcili yardımını gözləyəcək. “Çünki hər an faciəli vəziyyət yarana bilər”, – deyə Ə.Egiz bildirib.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi